SAPROBİONTLAR, SAPROBLAR

(yun. sapros - çürük) Üzvi maddələrlə bu və ya digər dərəcədə çirklənmiş sularda yaşayan bitki və heyvan-lar. Çox çirkli sularda yaşayanlar polisaproblar, orta çirkli sularda yaşayanlar mezosaroblar, az çirkli sularda yaşayanlar oliqosaproblar adlanır. S-ın tərkibi, miqdarı və bunların spesifik qruplaşmasının strukturu su hövzələrinin üzvi xammal istehsal edən müəssisələrin tullantıları ilə zibillənmə dərəcəsini bilmək üçün meyardır.
SANİTAR HİDROBİOLOGİYASI
SAPROBLUQ İNDEKSİ